Загрузил qahire63

Mövzu 3- ZOOTEXNİYA

реклама
Mövzu 3: Vitaminli ot ununun
hazırlanması. Silos və senajın
hazırlanması
• Plan:
• 1. Vitaminli ot ununun hazırlanması
• 2. Dənəvər yemlərin hazırlanması
texnologiyası
• 3. Silosun hazırlanmasının əsas şərtləri
• 4. Silos tədarükündə istifadə olunan maşınlar
• 5. Kombinəedilmiş silosun hazırlanması
• 6. Senajın hazırlanması
• Vitaminli ot ununun hazırlanması
texnologiyası otun biçilməsi və eyni zamanda
xırdalanması və yüklənməsiindən, xırdalanmış
kütlənin daşınmasından, qidalandırıcıya
boşaldılmasından, qurudulmasından (АВМ0,65, АВМ-1,5 aqreqatları ilə), qurumuş
kütlənin xırdalanmasından, unun
soyudulmasından, kisələrə yüklənməsindən və
anbarlara daşınmasından ibarətdir.
Ot unu hazırlayan qurğular.
• Karotinin daha yaxşı saxlanması üçün un
antioksidantlarla işlənir və qranullaşdırılır.
• Süni qurutma cox miqdarda yanacaq sərfi
tələb edir. Bu səbəbdən də qidalılıq dəyəri
yüksək olan otlar qurudulur (yonca, qara
yonca). Yanacaq sərfini azaltmaq üçün otun
soluxdurulması, yastılanması, əlavə
xırdalanması kimi müxtəlif üsullardan istifadə
edilir.
• Ot unundan kombikormaların proteinlə və karotinlə
zənginləşdirilməsi üçün istifadə olunur. Ot unu ilə
malqaranın və qoyunların rasionunda 20%-ə qədər
dənli yemləri əvəz etmək olur. Donuzların rasionuna
10%-ə qədər, quşların rasionuna isə 3-5%-ə qədər ot
unu daxil edilir. Ot ununun zootexniki tələblərə cavab
verməsi üçün temperatur rejiminə riayət edilməlidir.
Quruducu baraban qızdırıldıqdan sonra işə salınır
(çıxışda quruducu agentin temperaturu 100°С
olmalıdır). Qurumaya verilən xırdalanmış otun kütləsini və yanacaq sərfini nizamlamaqla çıxışda
quruducu agentin temperaturunun 95-115°С
olmasına nail olunur. Barabanın fırlanma tezliyi
paxlalılar üçün 2-5 san-1, dənli bitkiləri qurutduqda
isə 5-9 san-1 təşkil edir.
• Quruducu barabanının girişindəki quruducu
agentin temperaturu ilkin nəmlik 75% -dən az
olmadan dənli bitkilərin yaşıl hissəsinin qarışığı
üçün 500-700°C, yonca üçün 650-700°C, qara
yonca üçün isə 400-600°C müəyyən edilir.
Nəmlik artdıqca temperatur 950 °C-yə qədər
artırıla bilər. Unu qışda 2-4°C, yayda isə 1020°C temperaturda, ətraf mühitin nisbi
rütubəti 55-65% olan anbarlarda üçqat kağız
kisələrdə saxlayırlar. Anbarda qaranlıq
yaradırlar. Bununla belə, hətta bu şərtlərdə
saxlamada ildə 50% karotin itkisi baş verir.
АВМ-0,4 aqreratı
1 – yanacaq nasosu; 2 - forsunka; 3 - odluq; 4 , 5 - transportyorlar; 6 –
quruducu baraban; 7 –quru kütlə siklonu; 8 – quru kütlə siklonunun
ventilyatoru; 9 – istilik daşıyanın temperatur datçiki; 10-soyuducu
tsuklonun ventilyatoru; 11 – səviyyə datçiki; 12 – soyuducu tsiklonlar;
13 –kisə dolduranların lyukları; 14 -dozatorlar; 15 -xırdalayıcılar; 16 daştutucular; 17 – quru kütlə tsiklonunun dozatoru; 18 –quruducu
aparatın dayaq diyurcəkləri; 19 – fotodatçikli foto rele; 20 –
yandırmaq üçün transformator; 21 – odluğun ventilyatoru.
Göstəricilər
Nəmlik, % Qurutma temperaturu, oC
Paxlalı bitkilər
72-75
500-700
Yonca
72-75
650-700
Yaşıl ot
72-75
500-700
Qara yonca
72-75
400-600
• Unu hava keçirməyən qablarda saxlamaq
təcrübəsi də mövcuddur. 10-12 aylıq saxlama
müddətində karotinin itkisi 40% -dən çox
olmur. Əgər hava keçirməyən qablardan hava
təsirsiz qazla (azot, karbon qazı, təbii qazın
yanma məhsulu) çıxarılarsa, saxlama
müddətində itkilər 6-10% azaldıla bilər. Paxlalı
bitkilərdən təzə hazırlanmış 1 kq bitki ununda
250 mq-a qədər karotin, 100-140 q həzm
olunan protein və 0,85 yem vahidi var. 1 ton ot
unu hazırlamaq üçün 300 kq maye yanacaq
sərf etmək lazımdır.
• Xırdalanmış otun qurudulmasında ən geniş
yayılmış üsul məhsuldarlığı saatda 0,5 və 1,5 ton
olan ABM qurutma barabanından ibarətdir.
Xırdalanmış kütlə qurğuya ərsinli və ya şnekli
transportyorla verilir. Barabana qaz, maye və ya
bərk yanacaqla işləyən istilik generatorundan
qaynar hava verilir. Xırdalanmış ot tez müddətdə
bir neçə saniyədə qurudulur. Bu səbəbdən
quruducu kompleksin diqqətlə nizamlanması
vacibdir. Ot ununun nəmliyi 8-12%, xırdalanmış
otun isə nəmliyi 10-15% olmalıdır. Çox qurumuş ot
(6%-dan az nəmlikdə) yangın təhlükəli olmaqla
zülal və karotin itkisinə məruz qalır (quruma
zamanı 5%-dən artıq karotin itkisinə yol verilmir).
Vitaminli ot unu hazırlayan və qranullaşdıran
(dənəvərləşdirən) qurğunun sxemi.
• Qidalayıcı bunkerin içərisində qarışdırıcı
yerləşir və o ot ununun kipləşməsinin qarşını
almaq üçün nəzərdə tutulur. Bu toplayıcı
bunker qurğusu həm ot ununun saxlanmasına
və həm də kütlənin qranulyatora verildikdə
dozalaşdırılmasına xıdmət edir.
• Ənənəvi yem tədarükü üsulları ilə müqayisədə
qranullaşdırma və briketləşdirmənin aşağıdakı
üstünlüklərə malik olduğu aşkar edilmişdir:
• - saxlama zamanı qidalı maddərin itkisi azalır;
• - qaba yemlərin həzminin yaxşılaşdırılmasına,
həmçinin hazırlıq zamanı tullantıların
azalmasına səbəb olur;
• - yemləmə zamanı yem itkisini azaltmağa və
məhsul vahidinə yem sərfinin azalmasına
səbəb olur;
• - yemin paylanmasının mexanikləşdirilməsini
və avtomatlaşdırılmasını asanlaşdırır;
• - istehsal mədəniyyətini artırır.
• Dənəvər yemlərin hazırlanması texnologiyası
• Təyinatına görə yemlərin qranullar (dənəvərlər) və
ya briketlərə preslənməsi yemin və yem qarışığının
qranulometrik tərkibindən asılıdır. Qranullar 800 1300 kq/m3 sıxlığa malik olan preslənmiş, qalınlığı və
ya diametri 25 mm-ə qədər silindrik formalı ot
unundan və yaxud qüvvəli yemlərdən hazırlanmış
yem komponentləri və ya yem qarışıqlarıdır. Briketlər
sıxılmış qaba yem (doğranmış ot və ya saman)
qarışıqlarından ibarət olub, sıxlığı 500 - 900 kq/m3
20-70 mm ölçüdə silindrik formalı, diametri 65 mm-ə
qədər olan və yaxud ən böyük ölçüləri 80 mm olan
digər formalı qaba yem qarışıqlarıdır.
Qranullar (a) və briketlər (b).
• Dünya təcrübəsində yemlərin kipləşdirilməsi
üçün ştempelli və həlqəvi preslər geniş tətbiq
tapmışdır. Ştempelli işçi orqanlar məhsulun
hissə ilə verilməsi prinsipi ilə işləyir. Onlar açıq
və ya qapalı presləyici kameralı olurlar.
• Qapalı kameralı ştempelli işçi orqanlar, açıq
olanlara nəzərən daha az enerji tutumlu olur,
çünki burada maksimum ştamplama qüvvəsi
zamanı bir sıra briketlərin itələnməsi
(çıxarılması) işi istisna olunur.
• Yemləri kipləşdirmək üçün işçi orqanların tipləri:
• a-qapalı kameralı ştempelli; b-açıq kameralı ştempelli; c-həlqəvi.
• Ştempelli qranullaşdırıcı.
• Həlqəvi presləyici orqanın perimetri ətrafında
yerləşən yemin çıxarıldığı presləyici kanalları
olan həlqəvi matrisalı preslərdir. Həlqəvi
preslərin üstünlükləri texnoloji prosesin
fasiləsiz olmasıdır. Ancaq onlar nisbətən enerji
tutmludurlar (100 kJ/kq-a qədər) və materialın
qranullaşdırma və briketləşdirmədən əvvəl
hərətəfli hazırlanması, yəni yekcins yem
qarışığında nəmliyin bərəbər olması tələb
olunur.
• Buna baxmayaraq həlqəvi işçi orqanlı
presləyicilər geniş tətbiq edilir və yemlərin
qranullaşdırılmasında və briketləşdirilməsində
istifadə olunur.
• Qranulların kipləşdirilməsi üçün çox vaxt
şaquli fırlanan matrisalı preslərdən istifadə
olunur. Briket hazırlamaq üçün isə fırlanan
diyircəklilərdən istifadə edilir. Üfiqi həlqəvi
sabit matrisa da mövcuddur.
Üfiqi həlqəvi matrisa.
• ОГМ tipli avadanlığın texnoloji iş prosesinin sxemi:
• 1-un qəbuledici; 2, 3 və 10-siklonlar; 4 - bunker; 5-dozator; 6-su
püskürdücü; 7- -kondisioner-qarışdırıcı; 8- pres; 9-noriya, 11-soyuducu
kolonka, 12-klassifikator; 13-qranul ayırıcı; 14-xırda hissəcikləri və qranullaşdırılmayan yemləri ayıran.
• Silosun hazırlanmasının mexanikləşdirilməsi.
• Bitkilərin üzvi turşularla mayalanması yolu ilə
konservləşdirilmə üsuludur. Həmin turşular
mikrobioloji proseslər təsiri altında bitkilərdə olan
şəkərdən əmələ gəlir.
• Yaxşı silos alınmasının əsas şərtləri aşağıdakılardır:
• Silos hazırlanan kütlədə bitki şirəsi şəklində nəmliyin
(60...75% həddində) və şəkərin minimal tələb olunan
miqdarının olması;
• Süd turşusunun qıcqırma prosesinin inkişaf etməsi
üçün lazım olam temperatur rejiminin yaradılması;
• Xırdalanmış kütlənin basdırılması anından başlayaraq
onun saxlanılma müddətinin bütün dövründə silos
xəndəyinin yaxşı germetikləşdirilməsi sayəsində
anaerob (oksigensiz) mühitin yaradılması.
• Şəkər tərkibinə görə bitkilər üç qrupa
bölünürlər:
• Çox şəkərlilər-asan silislaşanlar (qarğıdalı,
günəbaxan, noxud, vələmir, sudan otu);
• Çətinsiloslaşanlar (üçyarpaq yonca, çöl
noxudu, qarayonca, bostan bitkilərinin gövdə
və yarpaqları və s.)
• Siloslaşmayanlar (soya, paxlalılar, qamış və s.)
• Çətin siloslaşan və siloslaşmayan bitkilərdən
silos hazırladıqda anbarlara basdırılma
zamanı onları asan siloslaşan bitkilərlə
qarışdırmaq lazımdır.
•Silos hazırlanması demək olar ki, hava
şəraitindən asılı olmadığından şirəli yemlərin
hazırlanmasında o ən geniş yayılmış və etibarlı
üsul hesab edilir. Başqa üsullarla saxlanılması
mükün olmayan tarla və bostan bitkilərindən,
həmçinin yeyinti sənayesi tullantılarından silos
hazırlamaq mümkündür. Quru ot hazırlanması
prosesindəkinə nisbətən silos hazırlandıqda
bitkilətdəki qidalı maddələr yaxşı saxlanılır.
• Silos hazırlanması prosesinə aşağıdakı
əməliyyatlar daxildir:
• Silos kütləsinin biçilməsi və xırdalanması,
onun silos qurğularına daşınması, bərabər
paylanması, kipləşdirilməsi və ötürülməsi.
Silos bitkiləri əsasən silos kombaynları ilə
biçilir və xırdalanır. Silos basdırılmasının ən
geniş yayılmış üsulu xəndək üsuludur.
Silosun keyfiyyətinə təsir edən faktorlar
 Bitkidə şəkərin miqdarı
 Otun yığım müddəti
 Silos kütləsinin nəmliyi. Optimal 65–70 %.
 Xırdalama dərəcəsi (60-70% nəmlikdə- 4-5 sm, 80% - də
8-12 sm).
 Xəndəyin doldurulma müddəti 3–5 sutkadan çox olmamalı.
 Silos kütləsinin kipləşdirilməsi və aralardan havanın
çıxarılması ilə turşuma proseslərinin azaldılması (yaxşı
kipləşdirmənin göstəricisi temperaturdur. (37ºС ni keşməməlidir,
рН 3,8–4,2).
 Germetiklik və silos anbarının örtülməsi.
 Siloslamada konservantlardan istifadə edilməsi.
• Silosun keyfiyyəti bitki materialının
nəmliyindən və xırdalanma dərəcəsindən
əhəmiyyətli dərəcədə asılıdır. Nəmliyi 65%-ə
qədər olan bitkilər 2-3 sm uzunluğunda, 7075% nəmlikldə bitkilər 4-6 sm, 80% -dən çox
olduqda isə bitki materialı 8-10 sm hissəciklərə
xırdalanır.
• Xəndəyi doldurarkən silos kütləsi bərabər
qalınlıqda xəndəyə yayılır, ağır və tırtıllı
traktorlar ilə kipləşdirilir. Kütlənin xəndəyə
basdırılma müddəti fasiləsiz olaraq 3-4 gün
ərzində yerinə yetirilməlidir.
• Xəndəyi doldurduqdan sonra, silos kütləsini
atmosfer yağıntılarından və havanın daxil
olmasından qorunmaq üçün sintetik plyonka
və ya yağlı isladılmış kağız ilə örtürlər. Donmadan qorumaq üçün silos kütləsinin üstünü
samanla (50-60 sm) və torpaq (20-30 sm)
təbəqəsi ilə örtürlər.
• Silos, senaj qülləsi
• Ən geniş yayılmış siloslama üsulu silosların
xəndəklərə basdırılmasıdır. Bu üsulda silosun
itkiləri 10-12% -dir, bütün proseslər
mexanikləşdirilir. Xəndəklərin tikintisinə çəkilən xərclər qüllələrin tikintisinə çəkilən
xərclərdən azdır.
• Xəndəklər yerüstü, yarı dərin və dərin qurulur.
Xəndəklərin oturacağı və yan divarları
betondan hazırlanıb daxili səthi bitumla
suvanmalıdır.
• xəndəklərin en kəsiyi bərabəryanlı trapesiya
formasında olmalıdır. Xəndəklərin ölçüləri: eni
14-18 m, hündürlüyü 4 m-ə qədər, uzunluğu
60 m-ə qədər; tutumu 500-dən 6000 m3-ə qədərdir.
• Yerüstü, yarı dərin və dərin – yığma və monolit
betondan hazırlanan xəndəklərin eni 8-18 m;
dərinliyi 2,5-3,5 m; uzunluğu 30-100 m;
tutumu 500-3000 tondur. Kipləşdirmənin
keyfiyyəti temperatura görə nizamlanır. Temperatur 35-37ОС-ni keçməməlidir.
• Silos xəndəkləri:
• а - yerüstü; b - yarı dərin; c - dərin;
• Н - xəndəyin hündürlüyü; В - xəndəyin eni.
Siloslamanın texnoloji mərhələləri
1 mərhələ
Yaşıl kütlənin biçilməsi və
eyni xamanda xırdalanması
2 mərhələ
Yaşıl kütlənin silos
basdırılan yerə daşınması
3 Mərhələ
Yaşıl kütlənin xəndəyə
bərabər paylanması və
kipləşdirilməsi
Bu əməliyyat silos
kütləsinin düzgün
qıcqırması üçün və anaerob
şəraitin yaradılması
üçündür.
4 Mərhələ
Kipləşdirilmiş kütlənin
polietilen plyonka ilə
örtülməsi
5 Mərhələ
Polietilen plyonkanın
üzərinə yükün yığlması
Siloslamanın başqa üsulları
Silos və senajın polietilen
kisələrdə tədarük edilib saxlanması üçün ilkin mərhələdə
doğranmış və sıxlaşdırılmış otu
rulon şəklində presləşləyirlər.
Preslənmiş rulonlar hər iki
tərəfi yapışqanlı olan polietilen
plyonkalarla germetik sarınır
• Plyonkalarla sarınmış rulonlarda təzyiq 250
Bar olur. Polietilen kisələrdə silosun və senajın
saxlanılmasının üstünlükləri ondan ibarətdir ki,
bu üsulda hazırlanan yemləri açıq havada və
istənilən şəraitdə saxlamaq mümkündür.
• Polietilen kisələrlə yanaşı senaj və silosu
polietilen “qollarda” da saxlamaq mümkündür
• Polietilen kisələrdə olan silos və senaj
heyvanlara verilməzdən öncə polietilen
plyonkalar sökülür, sonra preslənmiş rulon
rulonxırdalayıcıların vasitəsilə xırdalanaraq
heyvanlara paylanılır.
• Kombinəedilmiş silosun hazırlanması
• Kombinəedilmiş silos bir neçə komponentlərdən (ot,
kökümeyvəlilər, kartof, bostan bitkiləri, qarğıdalı
qıçası, ot unu, şəkər çuğunduru və yerkökü bəlimi,
saman) hazırlanır və əsasən donuz və quşların
bəslənilməsində istifadə olunur. Malqaranın
kombinəedilmiş silosuna küləş əlavə edirlər.
Kombinəedilmiş silosun hazırlanması bütün yem
komponentləri torpaqdan və kənar çirklərdən
təmizlənməklə yaşıl kütlənin, qüvvəli və kökümeyvəli
yemlərin müvafiq xırdalayıcılarla xırdalanaraq
qarışdırılıb silos anbarlarında basdırılması ilə yerinə
yetirilir. Bu maşınların məhsuldarlığı azdır və onların
hazırladığı silosun keyfiyyəti aşağıdır.
• Senajın hazırlanması
• Senaj əsasən çoxillik otların anaerob
(oksigensiz) şəraitdə saxlanılması ilə 45-55%
nəmliyə qədər soluxdurulması ilə hazırlanan
yemdir. Bu üsulla hazırlanan otlarda qeyd olunan nəmlikdə otun saman üçün yığılmasına
nəzərən mexaniki itkilər az olur. Örtülü
anbarda qaranlıq şəraitdə senaj kütləsinin
bitki hüceyrələrinin tənəffüsü hesabına
havanın oksigenini karbon qazı əvəz edir.
Havada oksigenin olmaması və nəmliyin azlığı
kif göbələklərinin və bakteriyaların inkişafının
qarşısını alır.
• Yem kimi senaj həm quru otdan, həm də
həmin otlardan hazırlanmış silosdan üstündür.
1 kq senajda ən azı 0,35 kq yem vahidi (50-65
q həzm olunan protein və 30-40 mq karotin)
olmalıdır. Senaj saxlandıqda qıcqırma prosesi
siloslaşdırılmada olduğuna nisbətən zəif gedir,
orada şəkərin çox hissəsi saxlanılır. Senajın
hazırlanması və saxlanılmasında qidalı
maddələrinin itkisi 10-12% - dən artıq olmur,
halbuki siloslaşdırmada bu itkilər 18-20%, otu
qurutduqda isə 25-40% olur.
• Senaj və silos bioloji üsulla hazırlanan qaba (senaj),
sulu-şirəli (silos) yemlər sırasına daxildir. Bu
yemlərin hər ikisi yaşıl yemin quru ota nəzərən
itkisini ciddi sürətdə azaltmaqla uzun müddət
saxlanılmaq imkanına malikdir. Məsələn, senajın
hazırlanmasında bu itki 13%-ə qədər, quru ot
hazırlandıqda 40%-ə qədər olur. Bir hektar sahənin
otu senaj üçün hazırlanarsa, onun quru ota
nəzərən 800-1000 yem vahidi qədər qənaət olunar.
Senaj soluxdurulmuş və nəmliyi 45-50% olan cavan
uzun gövdəli paxlalı bitkilərdən hazırlanan yemdir.
Silos isə siloslaşma qabiliyyətinə malik olan nəmliyi
70%-dən yuxarı olan yemlərin konservləşməsi nəticəsində alınan yemdir.
• Senajın hazırlanma texnologiyası aşağıdakı
kimidir. Yaşıl yem sahədə biçilib, müəyyən
qədər qurudulduqdan sonra 45-55% nəmlikdə
3-4 sm uzunluqda xırdalanaraq maşınlara
yüklənilib silos xəndəklərində və ya
qüllələrində 3-4 gün ərzində kipləşdirilib
basdırılır. Silos isə sahədə biçilib birbaşa
xırdalanılır və maşınlara yüklənərək silos
xəndəklərində və ya qüllələrində kipləşdirilib
yenə 3-4 gün müddətində basdırılır.
• Senajın və silosun tədarükündə əsas tələbatlar
aşağıdakılardan ibarətdir: hər iki yem qısa
müddətlərdə qurğularda basdırılmalıdır. Senaj və
silos qurğuları çox kip olmalıdır ki, o nə suyu və
nə də ki, xarici havanı daxilə buraxmasın. Əks
halda yemdə oksidləşmə əmələ gələrək onun
qızışmasına və tez xarab olmasına səbəb olur.
Onlar hazırlanan zaman xəndəklərdəki məhsul
tırtıllı ağır traktorlarla, qüllələrdəki məhsul isə
vibrokipləşdiricilər vasitəsi ilə kipləşdirilməlidir.
Belə ki, xəndəklərdə senajın sıxlığı 450-500
kq/m3, silosun sıxlığı isə 600-800 kq/m3 olmalıdır.
• Keyfiyyətli senajın qidalılıq xüsusiyyətləri təzə
biçilmiç otun qidalılıq keyfiyyətinə daha
yaxındır. Onun tərkibində şəkər, karotin demək
olar ki, tamamilə qorunub saxlanılır.
Heyvanların rasionunda samanı, silosu və
başqa şirəli yemləri əvəz edə bilər.
• Senajın aşağıdakı üstünlükləri vardır:
• 1. Qidalı maddələrin itkisi 12-17 % təşkil edir, bu da
silosa nəzərən azdır;
• 2. Senaj silosla müqayisədə daha yaxşı yeyilir;
• 3. Senajın tərkibində 50-90% - ə qədər şəkərlər
qorunub saxlanılır;
• 4. Nəmliyi silosdan az olduğuna görə daşınma
xərcləri 2 dəfə aşağı olur.
• Diqqətinizə görə təşəkkür edirəm.
Скачать