1 Abşeron şəraitində püstə bağlarının damcılarla suvarma təcrübə sahəsində aparılmış torpaq tədqiqatlarının nəticələri Doktorant S.A.Əhmədov “Azərbaycan Hidrotexnika və Meliorsiya ” Elm İstehsalat Birliyi (“AzHvəM”EİB) Xülasə. Məqalədə Püstə bağlarının Abşeron şəraitində damcılarla suvarilması üçün seçilmiş sahəsinin torpaq örtüyü haqqında qısa məlumatlar verilmişdir. Bununla əlaqədar olaraq məqalədə təcrübə sahəsi torpaqlarının su fiziki xassələrinin tədqiqat işləri aparmaqla (çöl və laboratoriya şəraitində) öyrənilməsinin nəticələri öz əksini tapmışdır. Açar sözlər. Torpaq, su, püstə, qranulometrik tərkib, həcmi kütlə, torpağın sıxlığı, nəmlik tutumu, suyun torpağa hopma sürəti, məsaməlilik. Giriş. Damcı üsulu ilə suvarma lokal suvarma qrupuna daxil olub, torpaqda optimal su, qida və hava rejimini nizamlamaqla bitkilərdən yüksək məhsul götürmək üçün şərait yaradır. Bundan başqa damcı üsulu ilə suvarmanın başqa üsullarla suvarmalardan (üstünlüyü bitkilərin fasiləsiz olaraq optimal su, qida, hava rejimi ilə təmin edə bilməsindən), torpağın tələbatdan artıq nəmləndirilməməsindən və suvarmalar arası dövrdə torpağın çox quruma hallarının baş verməməsindən ibarətdir. Hər hansı suvarma üsulunun tətbiqinə başlamazdan əvvəl, suvarılacaq sahənin (ərazinin) torpaq örtüyünü, onun su-fiziki xassələrini öyrənmək tələb olunur. Bu baxımdan da damcılarla suvarma tədqiqatlarına başlamazdan əvvəl tərəfimizdən təcrübə aparacağımız ərazinin (təcrübə sahəsinin) torpaqlarının sufiziki xassələri çöl və laboratoriya şəraitində öyrənilmişdir. Məlumdur ki, torpağın həcmi kütləsini, ən az nəmlik tutumunu bilmədən əkin sahəsinin suvarma normalarını təyin etmək mümkün olmur. Xüsusən damcılarla suvarmada torpağın qranulometrik tərkibini bilmədən damcıladıcıların nəmləndirdiyi sahəni qabaqcadan bilmək olmur. Çünki, hər bir damcıladıcının torpağın qranulometrik tərkibindən asılı olaraq torpağı nəmləndirmə radiusunu təyin etmək mümkün olmur. Bu və ya digər səbəblərə görə təcrübə sahəsinin torpaqlarının su-fiziki xassələri öyrənilmişdir [1]. Tədqiqatın obyekti və metodikası. Tədqiqat işləri Quba bağçılıq və Subtropik Bitkilər İnstitutunun Abşeron yarmadasının Binə qəsəbəsində yerləşən təcrübə-tədqiqat stansiyasının püstə bağında aparılmışdır. 2 Torpaqların su-fiziki xassələri ümumi qəbul olunmuş metodikaya əsasən təyin edilmişdir: torpağın həcmi kütləsi-kəsici həlqə metodu ilə; torpağın sıxlığıpiknometr üsulu ilə; məsaməlik-hesablama metodu ilə; ən az nəmlik tutumumeydançaların suya basdırılması metodu ilə; suhopdurma qabiliyyətiA.N.Kaçinski metodu ilə təyin edilmişdir [2]. Suyun torpağa hopdurulma sürəti çöl şəraitində A.N.Kaçinski metodu ilə aparılmış tədqiqatlardan alınmış nəticələr əsasında A.N.Kastyakovun hesablama düsturları ilə təyin edilmişdir[3]. Təhlil və müzakirə. Yuxarıda qeyd edildiyi kimi Binə qəsəbəsində yerləşən təcrübə-tədqiqat stansiyasında seçilmiş təcrübə-tədqiqat məntəqəsinin torpaq örtüyü və torpaqın su-fiziki xassələri öyrənilmişdir. Bunun üçün təcrübə sahəsi yerləşən ərazidə tərəfimizdən 1m dərinlikdə 3 torpaq kəsimi qoyulmuşdur. Kəsimlərin morfoloji təsiri aşağıdakı kimidir. I kəsim 0-30sm: rəngi – tünd şabalıdı, strukturu – seçilmir, mexaniki tərkibi – qumlu, yeni törəmələr – seyrək xirda törəmələr, kipliyi – yumşaq, rütubətliyi – quru, qatların keçidi – tədrici; 30-52sm: rəngi – açıq şabalıdı, strukturu – seçilmir, mexaniki tərkibi – qumsal, yeni törəmələr – xirda köklər, kipliyi – yumşaq, rütubətliyi – quru, qatların keçidi – tədrici; 52-68sm: rəngi – sarımtıl-boz, strukturu – seçilmir, mexaniki tərkibi – qumlu, yeni törəmələr – iri köklər, kipliyi – yumşaq, rütubətliyi – quru, qatların keçidi – tədrici; 68-100sm: rəngi – açıq-boz, strukturu – seçilmir, mexaniki tərkibi – qumlu, yeni törəmələr – seyrək balıqqulaqlı, kipliyi – kip qumlar, rütubətliyi – azca nəm. II kəsim 0-28sm: rəngi – açıq şabalıdı, strukturu – seçilmir, mexaniki tərkibi – qumsal, yeni törəmələr – köklər, kipliyi – yumşaq, rütubətliyi – quru, qatların keçidi – tədrici; 28-38sm: rəngi – açıq-boz, strukturu – seçilmir, mexaniki tərkibi – qumsal, yeni törəmələr – ağ ləkələr (gözcüklər), kipliyi – bərk, rütubətliyi – quru, qatların keçidi – tədrici; 3 38-70sm: rəngi – sarımtıl, strukturu – seçilmir, mexaniki tərkibi – yüngül gillicə, yeni törəmələr – seyrək ağ ləkələr, kipliyi – bərk, rütubətliyi – quru, qatların keçidi – tədrici; 70-100sm: rəngi – sarımtıl, strukturu – seçilmir, mexaniki tərkibi – gillicə, yeni törəmələr – seyrək ağ ləkələr, kipliyi – bərk, rütubətliyi – quru. III kəsim 0-25sm: rəngi – açıq şabalıdı, strukturu – seçilmir, mexaniki tərkibi – qumsal, yeni törəmələr – seyrək xirda köklər, kipliyi – yumşaq, rütubətliyi – quru, qatların keçidi – tədrici; 25-44sm: rəngi – açıq şabalıdı, strukturu – seçilmir, mexaniki tərkibi – qumsal, yeni törəmələr – xirda köklər, kipliyi – bərk, rütubətliyi – quru, qatların keçidi – tədrici; 44-64sm: rəngi – sarımtıl-boz, strukturu – seçilmir, mexaniki tərkibi – qumsal, yeni törəmələr – iri köklər, kipliyi – yumşaq, rütubətliyi – quru, qatların keçidi – tədrici; 64-100sm: rəngi – açıq-boz, strukturu – seçilmir, mexaniki tərkibi – qumsal, yeni törəmələr – seyrək balıqqulaqlı, kipliyi – kip qumlar, rütubətliyi – azca nəm. Kəsimlərdən görünür ki, üst 30sm-lik qat açıq-sarımtıl, sarımtıl, 52sm-lik dərinliyə qədər qat açıq-sarımtıl, açıq-boz, 52-70sm-lik qat sarımtıl, sarımtıl-boz, 70-100sm-lik qat isə açıq-boz, sarımtıl torpaqlardan ibarətdir. Qeyd etmək lazımdır ki, hər üç kəsimdə bir metrlik profil boyu torpaqların genetik qatları bir-birindən çox da kəskin fərqlənmirlər. Kəsimlərin morfoloji təsvirindən göründüyü kimi üst əkin qatında torpağın struktur quruluşu, mexaniki tərkibi və kipliyi əkin üçün çox əlverişlidir. Əkinaltı qatda – təxminən 15-25sm qatlarda torpağın strukturu və mexaniki tərkibi nisbətən ağırlaşır, lakin 50sm-dən sonra, dərinə getdikcə, profil boyu gillicəli təbəqə müşahidə olunur ki, bu da meliorativ və aqrotexniki baxımdan torpağın yaxşı keyfiyyətli olduğunu göstərir. Təcrübə sahəsi torpaqlarının su-fiziki xassələri torpaqların (həcmi kütləsi, sıxlığı, ən az nəmlik tutumu,sıxlığı) təcrübə sahəsinin dioqonalı üzrə 3 məntəqədə, 3 təkrarla təyin edilmişdir. Alınan nəticələr 1 №-li cədvəldə verilmişdir. 4 Cədvəl 1 Təcrübə sahəsi torpaqların su-fiziki xassələri Sıra № Qatlar, sm 1 2 3 4 5 6 7 8 9 10 11 0-10 10-20 20-30 30-40 40-50 50-60 60-70 70-80 80-90 90-100 0-100 Torpağın Torpağın Torpağın ən Torpağın həcmi az nəmlik 3 məsaməliyi, sıxlığı, t/m kütləsi, t/m3 % tutumu, % 1,24 2,36 47 11,86 1,26 2,38 47 8,47 1,25 2,40 48 8,02 1,23 2,39 49 7,80 1,21 2,30 47 6,67 1,22 2,23 46 7,94 1,34 2,40 44 7,03 1,44 2,48 42 6,65 1,53 2,58 39 7,26 1,54 2,57 43 8,74 1,33 2,41 45,2 8,24 Cədvəl 1-dən göründüyü kimi, 1metrlik torpaq qatını su-fiziki xassələrinin əsas göstəriciləri 10sm-lik dərinliklər üzrə: torpağın həcim kütləsi 1,21-1,54 t/m3 arasında, sıxlığı 2,23-2,58 t/m3 arasında, məsaməlik 39-49 % arasında, ən az nəmlik tutumu isə 6,65-11,86 % arasında dəyişir. 1 metrlik torpaq qatı üçün orta göstəricilər həcmi kütlə üzrə 1,33 t/m3, sıxlıq üzrə 2,41 t/m3 , məsaməlik üzrə 45,2%, ən az nəmlik tutumu üzrə isə 8,24% təşkil edir. Təcrübə sahəsi torpaqlarının 1 metrlik dərinlik üzrə hər 10 sm-lik qatdan götürülmüş torpaq nümunələrinin qronulometrik tərkibi laboratoriyada təyin edilmişdir. Alınan nəticələr cədvəl 2-də verilmişdir. Cədvəl 2 Təcrübə sahəsi torpaqlarının qranulometrik tərkibi Qatlar (sm) 1 0-10 100 qr mütləq quru torpaqda fraqsiyaların % hesabı ilə miqdarı 0,251-0,25 0,050,010,0050,05 <0,001mm mm 0,01mm 0,005mm 0,001mm mm 2 3 4 5 6 7 69,50 17,70 4,00 8,00 0,80 - <0,01mm 8 8,80 Torpağın adı 9 əlaqəli qum 5 1 2 3 4 5 6 7 8 10-20 74,40 9,60 8,00 4,00 4,00 - 8,00 20-30 30-40 69,60 70,00 11,20 14,00 8,00 4,00 8,00 8,00 3,20 4,00 - 11,20 12,00 40-50 71,10 16,90 4,00 4,00 4,00 - 8,00 50-60 80,00 4,00 8,00 4,00 4,00 - 8,00 60-70 78,10 8,30 8,00 4,00 1,60 - 5,60 70-80 89,70 2,30 4,00 0,80 3,20 - 4,00 80-90 83,10 2,90 6,00 4,00 4,00 - 8,00 90-100 85,10 2,90 4,00 4,00 4,00 - 8,00 9 əlaqəli qum qumsal qumsal əlaqəli qum əlaqəli qum əlaqəli qum əlaqəli qum əlaqəli qum əlaqəli qum Cədvəl 2-dən göründüyü kimi təcrübə sahəsinin üst 20sm-lik qatı əlaqəli qumlardan, sonra gələn 20sm-lik qat qumsal, 30-70sm-lik qat əlaqəli qumlardan, 70-80sm-lik qatda yerləşən torpaqlar yumşaq, 80-100sm dərinlikdə yerləşən qatlar isə əlaqəli qumlardan ibarətdir. Suyun torpağa hopma süretini çöl şəraitində tədqiq edərək alınan nəticələrə əsasən, suyun torpağa hopma sürətinin əyrilərini qurmuşuq, qurulmuş əyrilər şəkil 1-də verilmlşdir. Şəkil 1. Suyun torpağa hopma əyriləri 6 Şəkil 1-dən görünür ki, suyun torpağa hopma sürəti, təcrübənin I təkrarında 56, II təkrarında 55, III təkrarında isə 56 dəq sonra qərarlaşaraq sabit qiymət almışdır. Uyğun olaraq təcrübələrin başlanma vaxtının ilk birinci dəqiqəsindən sonra suyun torpağa hopma sürəti I təkrarda 27, II təkrarda 28, III təkrarda isə 29 mm/dəq təşkil etmişdir. Müvafiq olaraq qərarlaşmış suyun torpağa hopma sürəti (süzülmə və ya filtrasiya sürəti) 1,7; 1,8 və 1,9 mm/dəq olmuşdur. Alınmış göstəricilərə əsasən A.N.Kostiyakovun düsturlarına əsasən suyun torpağa orta hopma sürətini təyin etmişik. Hesablama düsturları və hesabatın aparılması metodikası aşağıdakılardan ibarətdir [ 4]. K or = Ko tα (1) burada : Kor – suyun torpağa orta hopma sürəti,mm/dəq; Ko – təcrübənin birinci dəqiqəsində suyun torpağa orta hopma sürəti, mm/dəq; Ko = K1 1− α (2) burada: K1 – təcrübənin birinci dəqiqəsinin sonunda suyun torpağa hopma sürəti, mm/dəq: 𝐾1 = K d · t α2 (3) Kd – qərarlaşmış hopma sürəti, mm/dəq.; t – təcrübə aparılan zaman infiltrasiya dövründə qəbul edilən vaxt intervalı, dəq.; t2 – infiltrasiyanın sona çatma vaxtı,dəq.; α – suyun torpağa hopmasını xarakterizə edən əyrilərin əyrilik əmsalı olub aşağıdakı düsturla təyin edilir 𝛼= lgK1 − lgK d (4) lgt 2 − lgt1 Hesablamaların nəticələri cədvəl 3-də verilmişdir. Cədvəl 3 Suyun torpağa hopma sürətinin təyin edilməsinin nəticələri Təcrübələrin nəticələri I II III t1 dəq t2 dəq K1 mm/dəq Kd mm/dəq lgK1 − lgK d 𝛼= lgt 2 − lgt1 1 1 1 56 55 56 27 28 29 1,7 1,8 1,9 0,687 0,685 0,677 Hesablamadan alınan nəticələr 𝐾1 𝐾1 = K d · t α2 𝐾𝑜 = 1− 𝛼 27,01 28,02 29,00 86,29 88,92 89,75 𝐾𝑜𝑟 = mm/dəq 5,45 5,71 5,88 𝐾𝑜 𝑡𝛼 sm/saat 32,7 34,26 35,28 7 Cədvəl 3-dən görünür ki, infiltrasiya dövründə suyun torpağa orta hopma sürəti təcrübənin I təkrarında 5,45; II təkrarında 5,71; III təkrarında isə 5,88 mm/dəq. olmuşdur. Uyğun olaraq göstəricilər 32,7; 34,56; 35,28 sm/saat təşkil edir. Hesablamaların nəticələri təcrübə sahəsi torpaqlarının yüksək suhopdurma qabiliyyətinə malik olmasını təstiq edir. Təcrübə sahəsində 1 metrlik dərinliyə qədər hər 10sm-dən bir götürülmüş torpaq nümunələri “AzH və M” EİB-nin laboratoriyasında müxtəsər analiz edilmişdir. Alınan nəticələr cədvəl 4-də verilmişdir. Cədvəl 4 Təcrübə sahəsindən götürülmüş torpaq nümunələrinin müxtəsər analizi (su çəkimi ilə) Sıra nömrəsi Dərinlik, sm CO 1 0-10 - 2 10-20 - 3 20-30 - 4 30-40 - 5 40-50 - 6 50-60 - 7 60-70 - 8 70-80 - 9 80-90 - 10 90-100 - % mq/ekv Qələvilik Ümumi 1 3 HCO 1 Cl 3 0,029 0,48 0,032 0,52 0,024 0,40 0,032 0,52 0,027 0,44 0,032 0,52 0,024 0,40 0,032 0,52 0,032 0,52 0,029 0,48 0,004 0,12 0,014 0,40 0,021 0,60 0,011 0,32 0,013 0,36 0,010 0,28 0,011 0,32 0,011 0,32 0,010 0,28 0,011 0,32 0,108 0,132 0,120 0,092 0,094 0,098 0,080 0,082 0,078 0,104 8 Cədvəl 4-dən göründüyü kimi torpaqlarda quru qalığa görə duzların miqdarı 1 metrlik torpaq qatında 0,078%-lə 0,132% arasında dəyişilir. Alınan nəticələr təcrübə sahəsi torpaqlarının şorlaşmamış olduğunu və bitkilər üçün tam yararlı olduğunu təsdiqləyir. Nəticə Təcrübə sahəsinin torpaq örtüyü şorlaşmamış sarımtıl və açıq-boz rəngli olub, yüksək suhopdurma qabiliyyətinə malikdir. Qranulometrik tərkibi qumlu və qumsal torpaq qatlarından ibarətdir. Bir metrlik torpaq qatının həcmi kütləsi 1,33q/sm3, sıxlığı 2,41 q/sm3, məsaməliyi 45,2%, ən az nəmlik tutumu 8,24%-dir. Ədəbiyyat 1. Bəşirov N.B. Mütərəqqi suvarma texnikası, Elm,1999 2. Качинский Н.А. Механический и микроагрегатный составь почвы, методы его изучения. М., 1958 3. Костяков А.М. Основы мелиораций. М., 1960 Докторант С.А.Ахмедов Научно-Производственное Объединение Гидротехники и Мелиорации Азербайджана Резюме Ключевые слова. Почва, вода, фисташки, гранулометрический состав, масса, объем, плотность, влагоемкость почвы, скорость поглощения грунтовых вод, пористости. Почвенный покров опытного участка относится к не засоленному, желтоватому и светло-сероватому, высоко водопроницаемому типу. Гранулометрический состав слоев почвы песчаные и субпесчаные. В метровом почвенном слое составляют: объемная масса 133q/см3, плотность 2,41 г/см3, пористость 45,2%, наименьшая влагоемкость 8.24%. 9 Post-graduate student S.Akhmedov Azerbaijan Scientific and Production Association of Hidrotechniques and Melioration Resume Key words. Soil, water, pistachios, granulometric composition, mass, volume, density, soil moisture capacity, ground water absorption rate, porosity. Salined practice area land cover and light gray color was yellowish, highwater absorption capability. Granulometric composition of the layers of the soil is sandy and sandy. One meter of soil mass 133q/cm3, density 2.41 g/cm3, 45.2% porosity, the less moisture capacity is 8.24%.