ÇİNİN İQTİSADİ İNKİŞAFINDA AÇIQ QAPI SİYASƏTİNİN ROLU A.C. Əzimzadə Bakalavr, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) aslan_azimzadeh@unec.edu.az Xülasə Tədqiqatın əsas məqsədi Çinin iqtisadi inkişafında Den Syaopinin Açıq Qapı siyasətinin rolunun öyrənilməsidir. Tədqiqat işi müqayisəli təhlil və məntiqi ümumiləşdirmə kimi tədqiqat üsulları əsasında yerinə yetirilmişdir.Tədqiqatın nəticəsində Çin Xalq Respublikasının ÜDM həcminə görə dünyada ikinci yeri tutmasının səbəbləri məhz Açıq Qapı siyasətinin rolunun olması müəyyən edilmişdir.Tədqiqatın praktiki əhəmiyyəti Çin Xalq Respublikasının Açıq Qapı siyasətində yerinə yetirdiyi islahatlardan bəhrələnərək digər ölkələrin açıq iqtisadiyyat yönümlü siyasətlərinin təkmilləşdirilməsidir. Açar sözlər: xüsusi iqtisadi zona, xarici investisiya, açıq qapı siyasəti JEL Classification: F41, F43 THE ROLE OF OPEN DOOR POLICY IN THE ECONOMIC DEVELOPMENT OF CHINA A.J. Azimzadeh Bachelor, Azerbaijan State University of Economics (UNEC) Abstract The main objective of the research is to study the role of Deng Xiaoping’s Open Door Policy in China's economic development. The research was carried out on the basis of research methods such as comparative analysis and logical summarization. As a result of the study, the causes of the People's Republic of China's second place in terms of GDP volume were determined by the major role of Open Door Policy. The practical significance of the research is to improve the open economy policies of other countries, using the reform of the Open Door Policy of the People's Republic of China. Keywords: special economic zone, foreign investment, open door policy 1958-1961-ci illərdə Mao Tszedunun “Böyük sıçrayış” siyasətindən sonra aclıq keçirdən Çin hal hazırda ÜDM həcminə görə dünya ölkələri arasında ikinci yeri tutur.Məhz bu uğurun arxasında Den Syaopinin islahatları dayanır.Belə ki, Çində açıq iqtisadiyyatın əsas memarı məhz Den Syaopindir.Modern Çin iqtisadi inkişaf modeli Den Syaopinin islahatlarının bünövrəsində yaranıb.1980-ci ildə xarici investorları ölkəyə cəlb etmək üçün Çin rəhbərliyi ölkədə xüsusi iqtisadi zonaların yaradılmasını zəruri hesab edir.İlk başda 4 xüsusi iqtisadi zona (Şençjen, Çjuxay, Şantou, Syamen rayonlarında ) yaradılır.Bu zonalarla müqayisədə ən çox iqtisadi inkişaf edən zona məhz Şençjen rayonundakı xüsusi iqtisadi zona idi.Çünki Şençjen, Honkonq və Makao kimi inkişaf etmiş inzibati rayonların daha yaxın idi və onların açıq siyasətdəki təcrübəsindən yararlanmaq imkanı daha çox idi.Çox keçmədi ki, aparılan islahatlar öz bəhrəsini verdi.Belə ki, 1981-ci ildə Çində birbaşa xarici investisiyaların ümumi həcminin 59.8 faizi məhz bu 4 xüsusi iqtisadi zonanın payına düşdü. Bu payda isə ən çox Şencjen xüsusi iqtisadi zonasının (50.6 faiz) xüsusi çəkisi vardır.1985-ci ilin sonunda isə bu 4 xüsusi iqtisadi zonada reallaşan birbaşa xarici investisiyalar 1.15 milyard dollar, başqa sözlə desək, Çinin birbaşa xarici investisiyalardan qazandığı ümumi məbləğin 20 faizini təşkil etmişdir [1 səh, 223-224]. Xüsusi ilə qeyd etməliyik ki, bu zonalara dövlət dəstəyi və nəzarəti birmənalı olaraq həddindən artıq böyükdür. Xarici investorları ən çox cəlb edən məqam isə məhz bu zonalardakı azad ticarət, yüksək səviyyəli dövlət dəstəyi və ucuz işçi qüvvəsi faktorlarının vəhdəti idi.Bütün bunların nəticəsində 1980-1984-cü illərdə ölkənin ÜDM-i 10 faiz, Şencjenin illik iqtisadi göstəriciləri isə 58 faiz artmışdır. Həmçinin Çjuxay (32 faiz), Şantou (9 faiz) və Syamen (13 faiz) xüsusi iqtisadi zonalarının illik iqtisadi göstəricilərində dinamik inkişaf müşahidə olunmuşdur [2 səh, 14-26]. 1984-cü ildə Çin Xalq Respublikasının mərkəzi hakimiyyəti ölkədə Tsinxuandao, Tyantszin, Beyxay, Yantay, Tsindao, Quançjou, Nantun, Şanxay, Dalyan, Vençjou, Lyanyunqan, Fuçjou, Çjantszyan və Ninbo kimi 14 açıq sahilyanı şəhər yaradır. 1988ci ildə isə Xaynan xüsusi iqtisadi zonası yaranır. Bəs Çinin xüsusi iqtisadi zonalarının dinamik şəkildə inkişaf etməsinin səbəbi nə idi? Çin özünün xüsusi iqtisadi zona modelini yaratmışdır.İmtiyazlı gömrük və vergi sistemi, xarici investorların cəlb olunmasına yönəlmiş xüsusi inzibati və hüquqi rejim, bu zonaların transoken dəhlizlərinə giriş məqsədilə Sakit okeanın sahilində yaradılması,xarici investorların fəaliyyətinin asanlaşdırılmasına yönəlmiş xüsusi qanunvericilik bazasının təkmilləşdirilməsi bir sözlə bu zonalara yönəlmiş xüsusi dövlət qayğısı, bu modeli digər modellərdən fərqləndirən əsas cəhət idi [3 səh, 115]. Açıq Qapı siyasətinin əsasını xüsusi iqtisadi zonalar təşkil etsə də, Çin diasporunun ölkə iqtisadiyyatına kapital yatırılmasında rolunu da xüsusilə vurğulamaq lazımdır. Belə ki, ölkə diasporunun güclü inkişaf strategiyası nəticəsində xaricdə yaşayan milyonlarla çinli biznesmen Çin iqtisadiyyatına kapital qoyurlar ki, bu da öz növbəsində iqtisadiyyatın dinamik inkişafına gətirib çıxarır [4 səh,234]. Cədvəl 1. Çinin xüsusi iqtisadi zonalarının ixracı və birbaşa xarici investisiyalardan daxilolmaları 1978-2008 İl Şençjen Çjuxay Şantou Syamen Xaynan İstifadə olunmuş birbaşa xarici investisiya, ABŞ dolları ilə 1978 5.48a -------- 1.61b ------- 0.10b 1990 389.94 69.1 98.09 72.37 100.55 2000 1961.45 815.18 165.61 1031.50 430.8 2006 3268.47 824.22 139.60 954.61 748.78 2007 3662.17 1028.83 171.62 1272c 1120c 2008d 3929.58 1138.49 ------- 1955.63 -------- a 1979 b 1980 c İlkin rəqəmlər. d Yanvar-Noyabr Mənbə: [1 səh, 223-224] Son dövrün makroiqtisadi göstəricilərinə nəzər salsaq Çinin ÜDM həcminin 11.199 trilion ABŞ dolları təşkil etdiyini və bu iqtisadi inkişafın məhz 1980-ci ildən Açıq Qapı siyasəti ilə başladığını görə bilərik [5]. Nəticə olaraq deyə bilərik ki, aparılan tədqiqatda göründüyü kimi Çin Xalq Respublikasının hal hazırki iqtisadi inkişafı birmənalı olaraq Den Syaopinin Açıq Qapı siyasəti ilə bağlıdır. Ədəbiyyat 1. Yue-man Yeung, Joanna Lee and Gordon Kee (2009) “China’s Special Economic Zones at 30”, Eurasian Geography and Economics journal, volume 50, No. 2, p. 223-224 2. Xu, Xianxiang and Xiaofei Chen (2008) “SEZs: The Starting Point of Progressive Revolution and Opening of China,” World Economic Papers, No. 1, p. 14-26, (in Chinese). 3. И.Р. Руйга, М.В. Ефремова (2016) “Опыт формирования и развития особых экономических зон в китае”, Красноярск, Международный журнал прикладных и фундаментальных исследований, Академия Естествознания, № 11-1, c. 115. 4. Səmədzadə Z. (2009) “Çin qlobal dünya iqtisadiyyatında”, Bakı, Elm və Təhsil, s. 234 5. Dünya Bankının Data göstəriciləri (https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD?locations=CN )