Uploaded by Aslan Azimzadeh

Açıq Qapı tezis

advertisement
ÇİNİN İQTİSADİ İNKİŞAFINDA AÇIQ QAPI SİYASƏTİNİN ROLU
A.C. Əzimzadə
Bakalavr, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
aslan_azimzadeh@unec.edu.az
Xülasə
Tədqiqatın əsas məqsədi Çinin iqtisadi inkişafında Den Syaopinin Açıq Qapı siyasətinin
rolunun öyrənilməsidir. Tədqiqat işi müqayisəli təhlil və məntiqi ümumiləşdirmə kimi tədqiqat
üsulları əsasında yerinə yetirilmişdir.Tədqiqatın nəticəsində Çin Xalq Respublikasının ÜDM
həcminə görə dünyada ikinci yeri tutmasının səbəbləri məhz Açıq Qapı siyasətinin rolunun
olması müəyyən edilmişdir.Tədqiqatın praktiki əhəmiyyəti Çin Xalq Respublikasının Açıq
Qapı siyasətində yerinə yetirdiyi islahatlardan bəhrələnərək digər ölkələrin açıq iqtisadiyyat
yönümlü siyasətlərinin təkmilləşdirilməsidir.
Açar sözlər: xüsusi iqtisadi zona, xarici investisiya, açıq qapı siyasəti
JEL Classification: F41, F43
THE ROLE OF OPEN DOOR POLICY IN THE ECONOMIC DEVELOPMENT
OF CHINA
A.J. Azimzadeh
Bachelor, Azerbaijan State University of Economics (UNEC)
Abstract
The main objective of the research is to study the role of Deng Xiaoping’s Open
Door Policy in China's economic development. The research was carried out on the basis of
research methods such as comparative analysis and logical summarization. As a result of the
study, the causes of the People's Republic of China's second place in terms of GDP volume
were determined by the major role of Open Door Policy. The practical significance of the
research is to improve the open economy policies of other countries, using the reform of the
Open Door Policy of the People's Republic of China.
Keywords: special economic zone, foreign investment, open door policy
1958-1961-ci illərdə Mao Tszedunun “Böyük sıçrayış” siyasətindən sonra aclıq
keçirdən Çin hal hazırda ÜDM həcminə görə dünya ölkələri arasında ikinci yeri tutur.Məhz bu
uğurun arxasında Den Syaopinin islahatları dayanır.Belə ki, Çində açıq iqtisadiyyatın əsas
memarı məhz Den Syaopindir.Modern Çin iqtisadi inkişaf modeli Den Syaopinin islahatlarının
bünövrəsində yaranıb.1980-ci ildə xarici investorları ölkəyə cəlb etmək üçün Çin rəhbərliyi
ölkədə xüsusi iqtisadi zonaların yaradılmasını zəruri hesab edir.İlk başda 4 xüsusi iqtisadi zona
(Şençjen, Çjuxay, Şantou, Syamen rayonlarında ) yaradılır.Bu zonalarla müqayisədə ən çox
iqtisadi inkişaf edən zona məhz Şençjen rayonundakı xüsusi iqtisadi zona idi.Çünki Şençjen,
Honkonq və Makao kimi inkişaf etmiş inzibati rayonların daha yaxın idi və onların açıq
siyasətdəki təcrübəsindən yararlanmaq imkanı daha çox idi.Çox keçmədi ki, aparılan islahatlar
öz bəhrəsini verdi.Belə ki, 1981-ci ildə Çində birbaşa xarici investisiyaların ümumi həcminin
59.8 faizi məhz bu 4 xüsusi iqtisadi zonanın payına düşdü. Bu payda isə ən çox Şencjen xüsusi
iqtisadi zonasının (50.6 faiz) xüsusi çəkisi vardır.1985-ci ilin sonunda isə bu 4 xüsusi iqtisadi
zonada reallaşan birbaşa xarici investisiyalar 1.15 milyard dollar, başqa sözlə desək, Çinin
birbaşa xarici investisiyalardan qazandığı ümumi məbləğin 20 faizini təşkil etmişdir [1 səh,
223-224]. Xüsusi ilə qeyd etməliyik ki, bu zonalara dövlət dəstəyi və nəzarəti birmənalı olaraq
həddindən artıq böyükdür. Xarici investorları ən çox cəlb edən məqam isə məhz bu zonalardakı
azad ticarət, yüksək səviyyəli dövlət dəstəyi və ucuz işçi qüvvəsi faktorlarının vəhdəti idi.Bütün
bunların nəticəsində 1980-1984-cü illərdə ölkənin ÜDM-i 10 faiz, Şencjenin illik iqtisadi
göstəriciləri isə 58 faiz artmışdır. Həmçinin Çjuxay (32 faiz), Şantou (9 faiz) və Syamen (13
faiz) xüsusi iqtisadi zonalarının illik iqtisadi göstəricilərində dinamik inkişaf müşahidə
olunmuşdur [2 səh, 14-26]. 1984-cü ildə Çin Xalq Respublikasının mərkəzi hakimiyyəti ölkədə
Tsinxuandao, Tyantszin, Beyxay, Yantay, Tsindao, Quançjou, Nantun, Şanxay, Dalyan,
Vençjou, Lyanyunqan, Fuçjou, Çjantszyan və Ninbo kimi 14 açıq sahilyanı şəhər yaradır. 1988ci ildə isə Xaynan xüsusi iqtisadi zonası yaranır.
Bəs Çinin xüsusi iqtisadi zonalarının dinamik şəkildə inkişaf etməsinin səbəbi nə idi?
Çin özünün xüsusi iqtisadi zona modelini yaratmışdır.İmtiyazlı gömrük və vergi sistemi, xarici
investorların cəlb olunmasına yönəlmiş xüsusi inzibati və hüquqi rejim, bu zonaların transoken
dəhlizlərinə giriş məqsədilə Sakit okeanın sahilində yaradılması,xarici investorların
fəaliyyətinin asanlaşdırılmasına yönəlmiş xüsusi qanunvericilik bazasının təkmilləşdirilməsi bir
sözlə bu zonalara yönəlmiş xüsusi dövlət qayğısı, bu modeli digər modellərdən fərqləndirən
əsas cəhət idi [3 səh, 115].
Açıq Qapı siyasətinin əsasını xüsusi iqtisadi zonalar təşkil etsə də, Çin diasporunun ölkə
iqtisadiyyatına kapital yatırılmasında rolunu da xüsusilə vurğulamaq lazımdır. Belə ki, ölkə
diasporunun güclü inkişaf strategiyası nəticəsində xaricdə yaşayan milyonlarla çinli biznesmen
Çin iqtisadiyyatına kapital qoyurlar ki, bu da öz növbəsində iqtisadiyyatın dinamik inkişafına
gətirib çıxarır [4 səh,234].
Cədvəl 1. Çinin xüsusi iqtisadi zonalarının ixracı və birbaşa xarici investisiyalardan daxilolmaları 1978-2008
İl
Şençjen
Çjuxay
Şantou
Syamen
Xaynan
İstifadə olunmuş birbaşa xarici investisiya, ABŞ dolları ilə
1978
5.48a
--------
1.61b
-------
0.10b
1990
389.94
69.1
98.09
72.37
100.55
2000
1961.45
815.18
165.61
1031.50
430.8
2006
3268.47
824.22
139.60
954.61
748.78
2007
3662.17
1028.83
171.62
1272c
1120c
2008d
3929.58
1138.49
-------
1955.63
--------
a
1979
b
1980
c
İlkin rəqəmlər.
d
Yanvar-Noyabr
Mənbə: [1 səh, 223-224]
Son dövrün makroiqtisadi göstəricilərinə nəzər salsaq Çinin ÜDM həcminin 11.199
trilion ABŞ dolları təşkil etdiyini və bu iqtisadi inkişafın məhz 1980-ci ildən Açıq Qapı
siyasəti ilə başladığını görə bilərik [5]. Nəticə olaraq deyə bilərik ki, aparılan tədqiqatda
göründüyü kimi Çin Xalq Respublikasının hal hazırki iqtisadi inkişafı birmənalı olaraq Den
Syaopinin Açıq Qapı siyasəti ilə bağlıdır.
Ədəbiyyat
1. Yue-man Yeung, Joanna Lee and Gordon Kee (2009) “China’s Special Economic Zones at 30”,
Eurasian Geography and Economics journal, volume 50, No. 2, p. 223-224
2. Xu, Xianxiang and Xiaofei Chen (2008) “SEZs: The Starting Point of Progressive Revolution and
Opening of China,” World Economic Papers, No. 1, p. 14-26, (in Chinese).
3. И.Р. Руйга, М.В. Ефремова (2016) “Опыт формирования и развития особых экономических
зон в китае”, Красноярск, Международный журнал прикладных и фундаментальных
исследований, Академия Естествознания, № 11-1, c. 115.
4. Səmədzadə Z. (2009) “Çin qlobal dünya iqtisadiyyatında”, Bakı, Elm və Təhsil, s. 234
5. Dünya Bankının Data göstəriciləri
(https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD?locations=CN )
Download